Accessibility links

Yaponiya hərbi büdcəsini artırır


Yaponiya Özünümüdafiə Qüvvələri Fuci dağı ətəklərində atəş təlimləri keçir. Qotemba, Tokyodan qərbdə. 19 avqust, 2016.
Yaponiya Özünümüdafiə Qüvvələri Fuci dağı ətəklərində atəş təlimləri keçir. Qotemba, Tokyodan qərbdə. 19 avqust, 2016.

Yaponiyanın Müdafiə Nazirliyi çərşənbə günü hərbi büdcənin rekord səviyyəyə qaldırılmasını xahiş edib. Nazirliyin bu xahişi Şimali Koreyadan üzləşilən ballistik raket hədəsi və Çinin Şərqi Çin Dənizində aqressivləşdiyi vaxta təsadüf edir.

Yeni planlarda tank diviziyalarının azaldılması və mobil amfibiya qüvvələrinin möhkəmləndirilməsi nəzərdə tutulur.

Təsdiq olunarsa, büdcədə 2.3 faizlik artım müdafiə büdcəsinin həcmini ¥5.17 trilyon yenə - yəni $51.47 milyard dollara çatdıracaq. Baş nazir Şinzo Abenin rəhbərliyi altında beşinci ildir ki, ardıcıl olaraq Yaponiyanın müdafiə büdcəsi artır.

Ölkənin Özünümüdafiə Qüvvələri şimaldan azalan Rusiya təhlükəsinə rəğmən diqqəti Çinlə sərhəddəki adalar silsiləsinə yönəltməkdədirlər. Bu məsafə 1400 kilometri əhatə edir.

Yeni planlarda tank diviziyalarının azaldılması və mobil amfibiya qüvvələrinin möhkəmləndirilməsi nəzərdə tutulur.

Yapon əsgərlər yer-hava tipli "Patriot Advanced Capability-3" (PAC-3) batareyası yanında keşik çəkir.
Yapon əsgərlər yer-hava tipli "Patriot Advanced Capability-3" (PAC-3) batareyası yanında keşik çəkir.

Yaponiyanı bu addımı atmağa vadar edən başlıca faktorlardan biri Şimali Koreyanın onun ərazisini vura biləcək ballistik raketlər inişaf etdirməsidir.

Xərclərin ən böyük kəsimini raket vuran Patriot batareyalarının təkmilləşdirilməsi təşkil edir ki, rəsmi Tokyo bu layihəyə 979 milyon dollar sərf edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG