Accessibility links

Cəmil Həsənli və Tofiq Yaqublu AŞPA-da görüş keçirib


Abzas.net saytının yaydığı məlumata əsasən sentyabrın 12-də Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şüranın üzvü, Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu AŞPA-da görüş keçirib.

Bu barədə başqan müavini Tofiq Yaqublu sosial şəbəkədə məlumat yayıb: “Bu gün Strasburqda MŞ-nın sədri Cəmil Həsənli, keçmiş səfir Arif Məmmədov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, AXCP-nin mühacir üzvü Elnur Sadıqov və mən AŞ-nın İnsan Haqları üzrə Komissarı Nils Muijniekslə görüşdük. Görüş çox səmərəli keçdi və düşünürəm ki, müsbət nəticələri olacaq.”

Görüşlərdə bizi əmin etdilər ki, Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha obyektiv və prinsipial olacaq.

Tofiq Yaqublu deyib ki, bu gün həmçinin Venesiya Komissiyasında çox mühüm görüşlər keçiriblər: “Günün sonunda isə AŞPA-nın rəhbərliyində görüşümüz oldu. Bütün görüşlərdə ölkə üçün ən aktual məsələlər müzakirə edildi. Görüşlərdə bizi əmin etdilər ki, Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha obyektiv və prinsipial olacaq.”

Sentyabrın 11-də Cəmil Həsənli və Tofiq Yaqublu Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının - AND (Azərbaycan Naminə Demokratiya - Azerbaijan needs democracy) təsis iclasında iştirak ediblər.

İclasda Azərbaycan iqtidarının təqibləri səbəbindən müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak edib.

AND-ın təsisat iclası
AND-ın təsisat iclası

Təşkilatın hədəfi Azərbaycanda demokratiyanın bərəqrar olması istiqamətində fəaliyyət göstərmək və Avropada yaşayan azərbaycanlıları bu amaca səfərbər etməkdir.

İndiyədək Azərbaycandan kənarda təsis edilən bir sıra diaspora təşkilatları Azərbaycan hökumətinin dəstəyi və nəzarəti altında fəaliyyət göstərərək demokratiya və insan haqlarından uzaq durublar. Bu missiyada Nazim İbrahimovun rəhbərlik etdiyi Diasporla İş Üzrə Dövlət Komitəsi xüsusi fəallıq göstərib.

Güman edilir ki, AND öz sıralarına əsasən Azərbaycan hökumətindən narazı və ölkəni siyasi repressiyalar üzündən tərk etmiş insanları cəlb edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG