Accessibility links

Con Kerri: Rusiya və Əsəd rejiminin əməlləri üzərində təhqiqat başlanmalıdır


ABŞ Dövlət Katibi Con Kerri Rusiya və Suriya hökumətlərinin əməlləri üzərində müharibə cinayətləri üzrə təhqiqata başlanmasına çağırıb. O, bu haqda bəyanatı Fransa Xarici işlər naziri Jan Mark Ayro ilə görüşdə verib.

Bu artıq təsadüf anlamını keçib. Bu, vətəndaşları vahiməyə salmaq və hərbi məqsədlərə mane olan hər kəsi öldürmək üçün düşünülmüş hədəfli strategiyadır.

Suriya xəstəxanasına edilən hücumdan sonra Kerri ölkəni viran qoyan adamların cavabdeh tutulmasının vacibliyini vurğulayıb. Həmin hücum nəticəsində 20 adam həlak olmuş, 100 nəfər yaralanmışdır.

“Rusiya və rejim dünya qarşısında xəstəxanaları, tibbi obyektləri, qadınları və uşaqları vurduqlarına görə cavab verməlidirlər,” o bildirib. Dövlət katibi bu cür əməllərdə müharibə cinayətlərinin təhqiq olunmasına səsləyib.

Kerri və onun rusiyalı həmkarı Sergey Lavrov arasında əldə olunan razılıq yeni əks-terrorizm alyansı yaratmalı idi. Bu razılıq tərəflər arasında atəşəkəsin bir həftə çəkməsindən sonra qüvvəyə minməli idi ki, humanitar yardım əraziyə çatdırıla bilsin. Lakin şərtlərin heç birinə əməl olunmadığı üzündən razılıq pozulub.

ABŞ Dövlət Katibi Con Kerri bəyanatı fransız həmkarı ilə görüş zamanı verib
ABŞ Dövlət Katibi Con Kerri bəyanatı fransız həmkarı ilə görüş zamanı verib

Kerri Rusiya ilə hərbi əməkdaşlıq mövzusunda ikitərəfli danışıqları bu həftə dayandırıb.

“Bu artıq təsadüf anlamını keçib.” Kerri bildirib. “Bu, vətəndaşları vahiməyə salmaq və hərbi məqsədlərə mane olan hər kəsi öldürmək üçün düşünülmüş hədəfli strategiyadır.”

2011-ci ildə münaqişə başladıqdan bəri Suriyada yarım milyon adamın öldüyü güman edilir. BMT-nin xüsusi elçisi Staffan de Mistura Hələbdə cərəyan edən hərbi əməliyyatlar nəticəsində ilin sonunadək şəhərin “büsbütün dağılacağı” barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG