Accessibility links

İraqda İŞİD-in hücumu 7 nəfərin ölümünə səbəb olub


İraqın cənubunda rəsmilər bildirib ki, bomba kəməri geyinən yaraqlılar içərisi bomba ilə dolu avtomobili polis yoxlama məntəqəsinə sürərək 7 nəfərin ölümünə səbəb olublar.

Rəsmilərin sözlərinə görə, hücum zamanı ən azı 15 nəfər də yaralanıb. Partlayış Bağdaddan 180 kilometr cənubda Qadisiyah qəsəbəsi yaxınlığında törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Saad Maan deyibk i, yaraqlılar Nəcəf şəhərinə gedərək özlərini orada partlatmağı planlaşdırırdılar. Nəcəf İraqın şiə əksəriyyətinin dini paytaxtı hesab edilir.

Terroru həyata keçirənlərin hamısının öldürüldüyü bildirilir.

Hücuma görə məsuliyyəti isə İŞİD qruplaşması öz üzərinə götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Saad Maan deyibk i, yaraqlılar Nəcəf şəhərinə gedərək özlərini orada partlatmağı planlaşdırırdılar. Nəcəf İraqın şiə əksəriyyətinin dini paytaxtı hesab edilir.

Şiələrin üstünlük təşkil etdiyi cənubda cihadçı hücumlar nadir hallarda baş verir.

İŞİD heç zaman İraqın cənubunda ərazi nəzarətə götürməyib və nadir hallarda ərazidə hücum həyata keçirib.

XS
SM
MD
LG