Accessibility links

Kim Conq Un: Qitələrarası ballistik raketin sonuncu mərhələsindəyik


South Korea Koreas Tensions

Şimali Koreya lideri deyir ki, onun ölkəsi qitələrarası ballistik raketin hazırlanmasının sonuncu mərhələsindədir.

Kim Conq Un bunu dünən Yeni İl münasibəti ilə xalqa televeziya vasitəsilə müraciətdə bəyan edib.

Şimali Koreya 2006-cı ildən bəri BMT-nin sanksiyalarına məruz qalıb. Buna səbəb ölkənin nüvə və ballistik raket sınaqlarıdır. Pxenyan buna cavab olaraq yay boyu silah hazırlama proqramlarını daha da artıraraq quru və dəniz balistik raketlərinin sınağını həyata keçirib.

Şimali Koreya 2016-cı ildə beynəlxalq etirazlara və sanksiyaların artırılmasına baxmayaraq iki nüvə sınağı həyata keçirmişdi.

Şimali Koreya 2006-cı ildən bəri BMT-nin sanksiyalarına məruz qalıb. Buna səbəb ölkənin nüvə və ballistik raket sınaqlarıdır. Pxenyan buna cavab olaraq yay boyu silah hazırlama proqramlarını daha da artıraraq quru və dəniz balistik raketlərinin sınağını həyata keçirib.

Sentyabrın 9-da Pxenyan 5-ci və ən böyük sınağı keçirəndən sonra ötən ay sanksiyalar daha da sərtləşdirilib.

Ban Ki-Mun narahatdır

BMT-nin sabiq baş katibi Ban Ki-Mun deyib ki, o, Şimali Koreyanın ballistik raket və nüvə sınaqları fonunda Koreya yarımadasında gərginliyin artmasında ciddi şəkildə narahatdır.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi ötən ay deyib ki, Şimali Koreya rakt üzərində kiçik nüvə başlığı daşımaq iqtidarında olsa da, uzun-mənzilli texnologiyanın hazırlanmasında çətinlik çəkir.

XS
SM
MD
LG