Accessibility links

İran Azərbaycanı

“Dəniz” dərgisi niyə qapadıldı?


Urmiyə Universiteti Nəşrlərə Nəzarət Komitəsinin bu yaxınlarda qapatdığı “Dəniz” adlı türkcə-farsca tələbə dərgisinin direktoru Amerikanın Səsinə müsahibədə dərginin qapadılmasına yol verən ittihamları açıqlayıb. Yasir Rəncbəri həmçinin İran Azərbaycanı və ölkənin digər bölgələrinin universitetlərində türk tələbələrin fəaliyyətləri, tələbə ocaqları və yayımlanan türkcə-farsca dərgilər haqqında məlumat verib.

XS
SM
MD
LG