Təbrizdə bəzi ailələr yaxınlarının yas mərasimi üçün ayırdıqları pulu müəyyən səbəblər üzündən həbs edilmiş məhbusların azadlığı üçün xərcləyirlər. Xəbər agentlikləri Təbrizdə bu davranışın artıq bir ənənə halına gəldiyini yazır.
Mövzu haqda ətraflı reportaj yayan yarı-rəsmi Fars agentliyi borcları üzündən həbs edilmiş bəzi məhbusların bu şəkildə sərbəst buraxıldığını bildirir.
Borca düşən vətəndaşın uşağının müalicəsi nəticəsiz qalırb O, bir yandan uşağını itirmiş, digər yandan isə borcunu ödəyə bilmədiyi üçün həbs cəzasına məhkum edilmişdi.
Xəbər agentliyinin yazdığına görə, “bu köməksevər ailələr vəfat edən yaxınları üçün sadə bir yas mərasimi keçirməklə kifayətlənib və bahalı törənlər yerinə bir məhbusu azad edib onu ailəsinə qovuşdururlar.”
Reportajda dərc edilən nümunələrin biri uşağının müalicəsi üçün borclanmış bir atanın hekayəsidir. Bu yaxınlarda anası vəfat etmiş bir vətəndaş onun borcunu ödəyərək azadlığını təmin edib.
“Borca düşən vətəndaşın uşağının müalicəsi nəticəsiz qalırb O, bir yandan uşağını itirmiş, digər yandan isə borcunu ödəyə bilmədiyi üçün həbs cəzasına məhkum edilmişdi,” deyə sərbəst buraxılmış məhbusun hekayəsi reportajda əks edilib.