Accessibility links

Nəqliyyatın gələcəyi - hiperlup [Video]


Yanvarın sonunda onlarla dizayn komandası SpaceX şirkətinin sahibi Elon Maskın sponsorluğu ilə keçirilən müsabiqədə iştirak etmək üçün Los Ancelesə yola düşəcək. Müsabiqədə komandaların hər biri özlərinin düzəltdiyi hiperlup nəqliyyat sistemi versiyasını təqdim edəcək. Bu nəqliyyat vasitəsi saatda 1000 kilometr sürətinə çata biləcək.

Bu, hiperlupdur. Bunu silahın bitməyən çəlləyi içində sürətlə keçən elektrik mərmiyə bənzədə bilərik.

Hətta bütöv qatarda elektik enerjisi kəsilsə belə, qatar dərhal dayanacaq və beləliklə hər kəsin təhlükəsizliyi təmin olunacaq.
Saşa Lama

Delft Texnologiya Universitetinin hiperlup versiyası da tam olaraq buna bənzəyir: dünyanın ən sürətli Maglev qatarlarındann daha sürətli hərəkət edən ağ, yaşıl və qara mərmi.

“Əslində bu, çox sadədir. Burada gördüyünüz təzyiq gəmisidir. Onun levitasiya, yəni havada qalmaq sistemi, əyləc sistemi eləcə də bəzi elektronikaları var. Hiperlupu işə salmaq üçün isə elə bir tək bunlara ehtiyac var,” deyə Saşa Lama bildirir.

Lama deyir ki, onların universitetinin hazırladığı layihə unikadır, çünki hiperlup hərəkət etmək üçün o qədər də enerji tələb etmir.

“Bu, elektrik cərəyanı tələb edən elektro-maqnitlər deyil. Bunlar, məsələn soyuducunun üzərinə yapışdırdığınız maqnitlər kimi, passiv, davamlı maqnitlərdir və bütöv sistemi enerji baxımından səmərəli edir. Qatarın havada durmasını təmin etmək üçün heç bir enerji sərf etməyə ehtiyac yoxdur. Onun bir tək sürəti artırılır və qatar öz-özünə havaya qalxıb orada qalır,” Lama deyir.

Bu müsabiqəni təşkil etmək Space X və Tesla Motors şirkətlərinin sahibi Elon Mask-ın fikri idi. O, 2013-cü ildə nəqliyyatın gələcəyi olaraq Hiperlup konsepsiyasını dəstəklədi və daha sonra tələbə və müstəqil mühəndislərdən ibarət komandaların hazırladıqları dizaynları ilə iştirak edə biləcəkləri müsabiqə elan etdi.

Hiperlup
Hiperlup

Delftin dizaynı son raunda qalan 30 layihədən biri oldu. Onların dizayn etdikləri hiperlup sistemi zərif, çəkisi sadəcə 150 kiloqram olduğu üçün yüngül və Lamın sözlərinə görə, təhlükəsizdir.

Saşa Lama: “Hətta bütöv qatarda elektik enerjisi kəsilsə belə, qatar dərhal dayanacaq və beləliklə hər kəsin təhlükəsizliyi təmin olunacaq.”

Delft komandası Los Ancelesdəki müsabiqədə qalib gəlməklə daha çox maliyyə əldə edə biləcəyinə və hətta bütün dünyada hiperlup sistemləri qurmağa başlamaq üçün müqavilələr imzalayacağına ümid edir.

XS
SM
MD
LG