Accessibility links

NATO baş katibi Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırır


Jens Stoltenberq
Jens Stoltenberq

NATO-nun baş katibi Jens Stoltenberq Azərbaycanla Ermənistanı gərginliyin artmasına yol verməməyə və danışıqları bərpa etməyə çağırıb.

Bu çağırış J. Stoltenberqin Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə səslənib. Bu barədə NATO-nun saytında bildirilir.

“Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Gərginliyin artmasından qaçmaq lazımdır. Biz Ermənistanla Azərbaycanı danışıqlar masasına dönməyə çağırırıq”, J.Stoltenberq görüşdən sonra bildirib.

O qeyd edib ki, NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

XS
SM
MD
LG