Accessibility links

Respublikaçılar partiyası Donald Trampı məğlubiyyətə uğratdı [Video]


Respublikaçılar partiyası Donald Trampı məğlubiyyətə uğratdı
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Cümə günü Respublikaçıların üstünlük təşkil etdiyi ABŞ-ın Nümayəndələr Palatası səhiyyə qanununu qəbul etmək üçün kifayət qədər səs toplaya bilmədi. Palatanın spikeri Pol Rayan sabiq prezident Barak Obamanın hazırladığı Affordable Care Act sığorta planını ləğv edib əvəzləməklə bağlı qanun layihəsini səsvermədən bir saat öncə geri çəkib. Bu nəticə Trampın gələcəkdə üzləşəcəkləri problemlər və oNun qanunvericilik gündəmi ilə bağlı bəzi ipucları verə bilər.

Prezident Tramp vəzifəsinin icrasına başlayandan bəri ilk böyük qanun layihəsinin təsdiq olunması üçün tələb olunan səsləri toplamaq məqsədilə mübarizə apardı- amma lazım olan səsləri toplaya bilmədi.

Pol Rayan
Pol Rayan

“Biz çox yaxın idik. Amma digər tərəfdən –yəni Demokratlardan -heç bir dəstək almadan, bunu etmək mümkün deyil”, deyə o bildirib.

Prezident Demokratları günahlandırsa da, onun qanun layihəsinin təsdiq olunmamasının səbəbkarları elə öz partiyasının üzvləridir.

Mühafizəkar Azadlıq Kokusu son danışqlar üçün vitse-prezident Mayk Penslə görüşməkdən imtina edib.

Bir çox Respublikaçı sosial mediada öz qərarsızlıqlarını ifadə edib.

Spiker Pol Rayan isə Trampa pis xəbəri Ağ Evdə şəxsən özü çatdırıb.

O, sövdələşmə ustadı olduğunu sübut edəcəyini demişdi. Amma Tramp elə ilk sövdələşməsində məğlub oldu.
Donald Kettl

Donald Tramp bu məğlubiyyətin kampaniya zamanı Obamacare sığorta planını ləğv edib əvəzləmək vədini həyata keçirmək üçün onunla yaxından işbirliyi edən Rayanla olan dostluğuna heç bir təsiri olmadığını deyib.

"Mənim spiker Rayandan xoşum gəlir. O, əlindən gələni etdi. O bir çox qrup və fraskyalarla işləyirdi”, Tramp deyib.

Merilend Universitetindən Donald Kettl deyir ki, bu, yeni prezident üçün böyük məğlubiyyət idi.

Donald Kettl: “O, sövdələşmə ustadı olduğunu sübut edəcəyini demişdi. Amma Tramp elə ilk sövdələşməsində məğlub oldu”.

Pol Rayan bu məğlubiyyətin prezidentə heç bir xələl gətirməməsinə çalışıb.

“Prezident çox səy göstərdi .O,insanların bu qanun layihəsinin irəli sürdüyü imkanları görmələri üçün əlindən gələni etdi”, Pol Rayan deyib.

Eyni zamanda isə Rayan partiya üzvlərini də bir araya gətirməyə çalışıb.

Konqressmen Mayk Koffman: “Bu, böyük məğlubiyyətdir və indi biz bunun öhdəsindən necə gələcəyimizi düşünməliyik.”

Donald Tramp
Donald Tramp

Qəzəbli Respublikaçılar prezident Trampın növbəti addımları ilə bağlı nikbiliklərini dilə gətirsələr də…
Konqressmen Mayk Koffman: “Fikrimcə, bundan sonra biz onun gündəmi ilə bağlı böyük təşəbbüslərə başladığımızda, o, daha çox vaxt ayıracaq”.

Onlar həmçinin gələcəkdə daha çox işlərin görülməli olduğunu da etiraf edirlər.

Konqressmen Li Zeldin: “Hələ bizim çox işimiz var”.

Nensi Pelosi
Nensi Pelosi

Demokratlar Partiyası isə prezidentin tənqidlərindən sonra özlərini daha güclü hiss edir.

Nümayəndələr Palatasının azlıq lideri Nensi Pelosi: “O, məğlubiyyətinə görə bizi günahlandırdı? Biz bunu qəbul edirik”.

Pelosinin bu cavabı prezident Trampın hələ bir çox mübarizələrlə üzləşəcəyinə dair bir xəbərdarlıqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG