Accessibility links

Tramp və Cənubi Koreyanın yeni prezidenti Şimali Koreyanın nüvə təhlükəsini müzakirə edib


ABŞ prezidenti Donald Tramp və Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Caye-un arasında telefon söhbəti zamanı iki lider Şimali Koreyanın nüvə silahları proqramı məsələsinin həllində yaxından əməkdaşlıq etmək haqda razılıq əldə edib.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, Tramp Munun inaqurasiya günü telefon söhbəti zamanı Pxenyanın hərbi ambisiyalarının mürəkkəb adlandırsa da, bunun həll edilə biləcək problem olduğunu deyib.

Tramp bildirib ki, ABŞ və Cənubi Koreya arasında uzun zamandır Şimali Koreyanın təhlükələri qarşısında bir sipər rolunu oynayan münasibətlər güclüdür. Cənubi Koreya rəsmilərin verdiyi məlumata görə, Tramp Munu Vaşinqtona dəvət edib.

ABŞ hərbi dəniz qüvvələrinin təyyarədaşıyan USS Vinston gəmisi Sakit okeanda
ABŞ hərbi dəniz qüvvələrinin təyyarədaşıyan USS Vinston gəmisi Sakit okeanda

Cənubi Koreyanın lideri Şimali Koreya ilə bağlı Trampla müqayisədə daha barışdırıcı mövqe tutur.

Tramp Şimali Koreyanın nüvə raketləri inkişaf etdirməsinə görə xəbərdarlıq məqsədilə Koreya yarımadası yaxınlığında hərbi dəniz donanmasının gəmilərinin yerləşdirilməsi haqda qərar verib. ABŞ prezidenti Şimali Koreya lideri Kim Yonq Un rejiminə qarşı yeni sanksiyaların tətbiq edilməsini və communist ölkənin bundan sonra daha da təcrid edilməsini istəyir.

Mun Caye-unun prezidentliyə başlaması ilə Cənubi Koreyada on ilə yaxındır mühafizəkar hakimiyyətə son qoyulur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG