Accessibility links

Kiçik şəhər üçün “saxta xəbərlər” nə deməkdir? [Video]


Kiçik şəhər üçün “saxta xəbərlər” nə deməkdir?
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Kiçik şəhər üçün “saxta xəbərlər” nə deməkdir?

“Mən naşir, sahibkar və həftəlik kiçik şəhər qəzetinin redaktoruyam. Belə kiçik şəhərlərdən biri əhalisi 1600 nəfər olan Mont Karroldur.

Bizim çörəyimiz yerli xəbərlərdən çıxır. Deyə bilərəm ki, bizim kimi kiçik şəhərlərdə yaşayan insanların oxşar cəhəti ondan ibarətdir ki, onlar çox şeyə inanmırlar.”

Sensasiya axtaran, faktlara məhəl qoymayan xəbər saytlarının nüfuzu artmaqdadır

“Deməli, bu insanlar sosial mediada yazılanlara inanmadıqları kimi, ölkə səviyyəsində yayımlanan televiziya kanallarının və New York Times, Washington Post, Chicago Tribue kimi böyük qəzetlərin dediklərinə və yazdıqlarına da inanmırlar. Bu səbəbdən, bu insanların mətbuata yanaşması çox spektikdir.”

Prezident Tramp tənqidi xəbərləri “saxta” adlandırır

“Məni tanıyan xeyli insan var ki, mənimlə bu mövzuda zarafatlaşıb, “indi bu da saxta xəbərlərdir?” ya da ki, “mən haradan bilim ki, bu alternativ fakt deyil?” deyirlər. Bununla onlar bir növ televiziyada eşitdikləri yenidən səsləndirmiş olurlar.

Bizim kənd ərazisində insanlar düşünürlər ki, ölkə səviyyəsində verilən xəbərlər kiminsə marağına xidmət edir. Ona görə, xəbərə inanıb-inanmayacaqlarına qərar verə bilmirlər. Bu xəbərlər yerli səviyyədə işıqlandırıldığında onlar şübhələnməyə başlayırlar.

Amma onu deməliyəm ki, “saxta xəbər” kimi adlanan məqalələri yerli qəzət səviyyəsində zarafatdan başqa hər hansı bir formada dərc edilməsinin şahidi olmamışam. Halburki, bu zarafat halında olsa belə, insanların bu barədə düşündüyünü güman edirsən. Anlamağa çalışırsan ki, bu insanların “saxta” adlandırılan xəbərlərlə bağlı mövqeləri necədir.”

XS
SM
MD
LG