Accessibility links

Avropa naminə Liberallar və Demokratlar Alyansı Əfqan Muxtarlı ilə bağlı bəyanat verib


Avropa naminə Liberallar və Demokratlar Alyansı
Avropa naminə Liberallar və Demokratlar Alyansı

İyunun 3-də Sloveniyanın paytaxtı Lüblanada Avropa naminə Liberallar və Demokratlar Alyansının (ALDE) Partiya Şurasında Avropa liberallarının görüşünün iştirakçıları azərbaycanlı müstəqil jurnalist və hüquq müdafiəçisi Əfqan Muxtarlının oğurlanmasını qətiyyətlə pisləyib. O Azərbaycan hökumətinin təqiblərindən Gürcüstanda sığınacaq tapıb, amma mayın 29-da Tbilisidə oğurlanıb və Azərbaycana aparılıb.

ALDE bir daha çətin şəraitdə işləyən və amansız avtoritar rejimə qarşı mübarizə aparan, Avropanın ən repressiv rejimlərindən birində liberal dəyərləri müdafiə edən alyans üzvü, Arif Hacılının liderlik etdiyi Müsavat Partiyasına tam dəstək ifadə edib, deyə ALDE-nin məlumatında bildirilir.

Azad Demokratlar və Respublikaçılar partiyalarının şəxsində Gürcüstan liberalları Gürcüstan ərazisində bu oğurluqda ölkə hakimiyyətinin rolu ilə bağlı narahatlıqlarını bildiriblər və araşdırma tələb ediblər.

Bu bəyanatı şərh edən ALDE alyansının prezidenti Hans van Baalen bildirib ki, "Avropa demokratları bu oğurluq hallarına aydınlıq gətirilməsinin tələb edilməsində Gürcüstandakı üzvlərini dəstəkləyirlər və Azərbaycandakı liberallara dəstəyi davam etdirir.

ALDE həmçinin Avropa İttifaqını Əfqan Muxtarlının və digər siyasi məhbusların dərhal azad edilməsi məqsədilə Azərbaycandakı rejimə təzyiq göstərməyə çağıracaq".

XS
SM
MD
LG