Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Nəcməddin Sadıkov ABŞ-a gedib.
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Məlumatda bildirilir ki, Sadıkov 6-7 iyulda Nyu-Yorkda olacaq.
Qərərgah rəisinin Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak edəcəyi bildirilir.