Təxminən 8-12 milyon amerikalı periferik arteriyaların daralması xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik arteriyaların daralması və ya tutulması nəticəsində yaranır və çox ağrılı olur. Lakin yeni kosmik texnologiya bu ağrıların azalmasına gətirib çıxara bilər.
Kosmosun soyuq vakuumunda astronavtlar bədən istiliyini qorumağa yardım edən şalvarlar geyinir.
Bizim İndiana Universitetində apardığımız kliniki sınaqda beş xəstə iştirak edir, önümüzdəki iki ildə isə tədqiqatımıza daha 25-26 nəfəri cəlb etməliyik ki, kosmik şalvarla müalicənin pasientlərin yerimə funksiyasını bərpa etməyə yardım edib-etmədiyinə dair bir nəticəyə gələk.Dr. Bruno Rosequini
“Onlar hidrokostyuma bənzəyir. Əslində, bir baxımdan onlar elə hidrokostyumdur”, deyə Purdue Universitetindən Bruno Rosequini bildirir.
Şalvarda borular var və bu borular isti su ilə doldurula bilər ki, periferik arteriyaların daralması xəstəliyininin səbəb olduğu ağrıları yüngülləşdirsin.
“Bunun əsas ideyası odur ki, ayağa təkrar-təkrar istilik tətbiq olunduğunda, insanlar yeriyəndə və ya idman edəndə damar divarlarındakı hamar əzələlər yüngülləşəcək. Bu isə o deməkdir ki, ayaqda daha çox qan axını olacaq, həmin əzələlərə daha çox oksigen gedəcək. Düşünürük ki, bu, insanların ağrı hissetmədən yeriyə bildikləri vaxtı uzadacaq.”
Tədqiqatçılar kosmik şalvarlarla sadəcə bir sessiyada belə periferik arteriyaların daralması xəstəliyindən əziyyət çəkən insanların ayaqlarına qan axınının çoxaldığını aşkar ediblər.
“Müalicə tətbiq olunandan sonra qan təzyiqinin bir saat ərzində azaldığını müşahidə etdik. Simptomların ən çox olduğu ayağa qan axını artdı ki, bu da, müalicənin əsas məqsədlərindən biri idi, yəni xəstəliyin təsirinə məruz qalmış ətraflarda qan axınını bərpa etmək”, Dr. Rosequini deyir.
Dünya boyu 200 milyondan çox insan periferik arteriyaların daralmasının simptomlarından əziyyət çəkir. Bu yeni müalicə üsulundan müsbət nəticələrə əldə olunduğu üçün, tədqiqatçılar onunla bağlı daha çox araşdırma aparır.
Müalicə tətbiq olunandan sonra qan təzyiqinin bir saat ərzində azaldığını müşahidə etdik. Simptomların ən çox olduğu ayağa qan axını artdı ki, bu da, müalicənin əsas məqsədlərindən biri idi, yəni xəstəliyin təsirinə məruz qalmış ətraflarda qan axınını bərpa etmək.Dr. Bruno Rosequini
Dr. Bruno Rosequini: “Bizim İndiana Universitetində apardığımız kliniki sınaqda beş xəstə iştirak edir, önümüzdəki iki ildə isə tədqiqatımıza daha 25-26 nəfəri cəlb etməliyik ki, kosmik şalvarla müalicənin pasientlərin yerimə funksiyasını bərpa etməyə yardım edib-etmədiyinə dair bir nəticəyə gələk”
Sistem bir az irihəcmlidir. Ona görə də, tədqiqatçılar kiçik portativ borusu olan şalvar hazırlamaq istəyirlər ki, insanlar bu şalvardan evdə istifadə edə bilsin.