Accessibility links

İlhan Tanır Türkiyədə çevrilişdən sonrakı situasiyanı təhlil edir


İlhan Tanır Türkiyədə çevrilişdən sonrakı situasiyanı təhlil edir
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Türkiyədə keçən il iyul ayının 15-də dövlət çevrilişinə cəhdin ildönümünün tamam olduğu vaxt müşahidəçilər bu bir il ərzində ölkənin transformasiya dövründən keçdiyini və cəmiyyətdə kəskin qütbləşmənin mövcud olduğunu qeyd edir. Dövlət çevrilişinə cəhddən sonra prezident Rəcəb Tayyib Ərdoğan opponentlərinə qarşı təqib kampaniyasına başlayıb. Türkiyə hökuməti keçən il iyulun 15-də dövlət çevrilişinə cəhdlə əlaqədar olduğunu bildirərək, 100 mindən çox dövlət qulluqçusunu işdən azad edib, 50 mindən çox insanı həbs edib. “Vaşinqton xətti” xəbər saytının təsisçisi, jurnalist İlhan Tanır Birləşmiş Ştatların İŞİD-ə qarşı mübarizədə yaxın tərəfdaşı və NATO üzrə müttəfiqi olan Türkiyənin regional rolu və qütbləşmiş cəmiyyətdə mövcud durumu Amerika icmalı proqramında müzakirə edib.

XS
SM
MD
LG