Accessibility links

Mətbuat azadlığı ilə bağlı bəyanat


Media-avtoritar rejimlərdə

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hakimiyyətinin söz azadlığının məhvinə hesablanmış məqsədyönlü siyasətini pisləyir və bu gün, Milli Mətbuat Günündə, bir daha Azərbaycanda ifadə azadlığına olan bütün məhdudlaşdırmaların aradan qaldırılmasına çağırır.

RATİ-nin ofisi möhürlənib
RATİ-nin ofisi möhürlənib

RATİ hakimiyyətinin ifadə azadlığına qarşı olan və bu ilin ilk yarısında özünü ciddi şəkildə biruzə verən nifrətinin yenidən baş qaldırmasından dərin narahatlıq keçirir.

Tanınmış jurnalist Mehman Hüseynovun qanunsuz tutulması və işgəncəyə məruz qalmasının ardından məhkum olunması, blogger Mehman Qələndərovun saxta həbsi və daha sonra həbsxanadakı faciəvi ölümü, Gürcüstanda yaşayan araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tbilisidə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən

Mehman Hüseynov
Mehman Hüseynov

oğurlanması və müstəqil internet televiziyasının rəhbəri Əziz Orucovun həbsi onsuz da böyük olan vicdan məhbusu siyahısını daha da genişləndirib. Müstəqil media qurumlarının və QHT-lərin bir çox əməkdaşı 2014-cü ildə müstəqil QHT və media təşkilatlarına qarşı açılmış cinayət işinin istintaqının yenilənməsi bəhanəsi ilə yenidən prokurorluğa çağırılmağa başlayıb, bəzi jurnalistlərin ölkəni tərk etməsinə yenidən qadağa qoyulub.

Jurnalistlərin yeni həbsləri və təqibi ilə yanaşı, son aylarda hakimiyyət öz nəzarəti altında olan məhkəmə sistemi vasitəsilə praktiki olaraq bütün aparıcı müstəqil və müxalif saytları bloklamağa başlayıb.

Mehman Qələndərov
Mehman Qələndərov

Parlamentin simasında prezidentin nəzarəti altında olan qanunvericilik hakimiyyəti diffamasiyaya görə cəzaları sərtləşdirməklə, bu sahədə cinayət məsuliyyətinin ləğv ediləcəyinə olan son ümidləri də puç edib.

Azərbaycanın ilk müstəqil qəzeti olan "Əkinçi" 1875-ci il iyulun 22-də görkəmli Azərbaycan jurnalisti Həsən bəy Zərdabi tərəfindən nəşr edilib. Lakin 142 il sonra, müasir və müstəqil Azərbaycanda heç bir müstəqil və ya müxalif qəzet nəşr olunmur. Ölkədə müstəqil televiziya və ya radio yayımçısı qalmayıb. Fəaliyyət gösətərn özəl, dövlət və ictimai teleradio yayımçıları isə hakimiyyətin tam nəzarəti altındadır və hazırkı hakim rejimin kultunun təbliği ruporu rolunu oynayır.

Elmar Hüseynov
Elmar Hüseynov

Hakimiyyətin jurnalist Elmar Hüseynov, Alim Kazımlı, Novruzəli Məmmədov, Rafiq Tağı və Rasim Əliyevin qətllərini, eləcə də blogger Mehman Qələndərovun həbsxanadakı bu yaxınlardakı ölümünü effektiv şəkildə araşdırmaqdan imtina etməsi ölkədə jurnalistlərin zorakı ölümünə görə cəzasızlıq mühitinin hökm sürdüyünü göstərir.

Ölkədə azad reklam bazarının olmaması, çap məhsullarının nəşri və yayımı üzrə müstəqil infrastrukturun yoxluğu, habelə medianın inkişaf etdirilməsi üçün xarici qrantların və ya başqa maddi-texniki yardımların alına bilməməsi mövcudluğunu davam etdirən azsaylı nəşrlərin maliyyə durumuna ciddi zərər vurmaqla, onların bir çoxunu bağlanma həddinə gətirib çıxarır. Eyni zamanda, ölkə prezidentinin simasında Azərbaycan hakimiyyəti hökumətyönlü mediaya maliyyə yardımı göstərməklə və loyal jurnalistlərə pulsuz mənzillər verməklə bu addımları dövlətin media və jurnalistlərə dəstəyi kimi təqdim etməyə çalışır.

"Hakimiyyətin bu addımları jurnalistlərin ələ alınması və medianın əməkdaşlığa meylləndirilməsindən başqa bir şey deyil və onların ölkədə geniş vüsət almış korrupsiya və nepotizmə göz yumması üçün atılır," deyə RATİ-nin baş icraçı direktoru Emin Hüseynov qeyd edib. "Bugünkü jurnalistikanın faciəsi korrupsiya və nepotizmi ifşa edən jurnalistlərə pulsuz həbsxana kamerası və ya qəbiristanlıqda pulsuz məzarın verilməsidir. Bu addımları ilə Azərbaycan hakimiyyəti özünün sadəcə bir ifadə azadlığı cəlladı olduğunu nümayiş etdirir," deyə Hüseynov vurğulayıb.

RATİ beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinin ifadə azadlığına qarşı repressiv addımlarını yaxından izləməyə və onlara vaxtında və adekvat şəkildə cavab verməyə çağırır. RATİ Avropa Parlamentinin Əfqan Muxtarlının oğurlanması və Azərbaycanın müstəqil mediasının durumu ilə bağlı son qətnaməsini, ABŞ Dövlət Departamentinin blogger Mehman Qələndərovun ölümü ilə bağlı bəyanatını və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Mehman Hüseynovun həbsi ilə bağlı bəyanatını alqışlayır. RATİ həmçinin demokratik ölkələrin hökumətlərini və beynəlxalq institutları hakimiyyətin repressiyaya bağlılığı olan nümayəndələrinə qarşı konkret sanksiyaların tətbiqini nəzərdən keçirməyə çağırır.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

RATİ Avropa Şurası, ATƏT və BMT-ni Azərbaycan hakimiyyətindən ölkənin ifadə azadlığı və digər fundamental insan haqları sahəsindəki öhdəliklərinə ciddi riayət olunmasını tələb etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini jurnalist Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Əziz Orucov, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev və Faiq Əmirlini, blogger Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərli və Tofiq Həsənovu, eləcə də qraffiti məhbusları Qiyas İbrahimov və Bayram Məmmədovu dərhal azadlığa buraxmağa, və ölkədə ifadə azadlığına qarşı təzyiqlərin bütün formalarına son qoymağa çağırır.

Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə mətbuat azadlığının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Hökumət rəhbərlərinin gfikrincə, ölkədə siyasi məhbus yoxdur.

Bununla yanaşı, ölkədə ondan çox jurnbalist həbsdədir. B eynəlxslü Əfv (amnesty international) təşkillstı Azərbaycanda 13 nəfəri “vicdan məhbusu” elan edib. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox şəxslərin fikir azadlığı ilə həbsinin qanunsuz olduğu barədə qərarlar qəbul edib.

XS
SM
MD
LG