Accessibility links

Türkiyə, Rusiya və İran Suriyanın de-eskalasiya zonalarının birgə nəzarətdə saxlanması barədə razılıq əldə edib


Türkiyə, Rusiya və İran Suriyanın Idlib vilay'tind'ki de-eskalasoya zonasının birgə nəzarətdə saxlanması barədə razılıq əldə edib.

Birgə bəyanatda nəzarət planının 6 ay qüvvədə olacağı bildirilib.

Qazaxıstan müzakirələrində ölkələr digər de-eskalasiya zonalarının da müşahidəsi məqsədi ilə koordinasiya mərkəzləri yaradılmasında ortaq zəmin əldə edib.

Türkiyənin Xarici İşlər Nazirliyi hər 3 ölkədən müşahidəçilərin ümumi nəzarət və müşahidə mərkəzlərində işləyəcəyini bildirib.

Müşahidə qüvvələrinin vəzifəsi hökumətlə müxalif qüvvələrin münaqişəsinə və atəşkəs pozuntularına yol verməməkdən ibarət olacaq.

XS
SM
MD
LG