Accessibility links

Jurnalistin apellyasiya şikayətinə ilkin baxış olub


Elçin İsmayıllı

Noyabrın 2-də Şəki Apellyasiya Məhkəməsində hakim Elçin Hüseynovun sədrliyi ilə jurnalıst Elçın Ismayıllının Şəki Ağır Cınayətlər Məhkəməsinin 18 sentyabr tarixli hökmündən verdyi apelyasiya şikayətinə ilkin baxış olub.

Vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb ki, o Şəki Ağır Cinayətlər Məhkəməsinin protokolu saxtalaşdırıldığından protokola qeydlər verib.

“Həmin qeydlərə baxılması üçün işin apelyasiya baxışından çıxarılaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmsəini xahiş etdik. Şəki Apelyasiya Məhkəməsi vəsatətimizi təmin etmədi və işi məhkəmə baxışına təyin etdi. Məhkəmə bildirdi ki, Şəki Ağır Cinayətlər Məhkəməsi protokola baxmaq üçün cinayət işini tələb etsə, göndərəcəklər”.

Şəki Apelyasiya Məhkəməsi apelyasiya şikayətinə baxış iclasını qismən məhkəmə istintaqi ilə aparılmaqla noyabrın 14-nə təyin edib.

Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslər haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

E.İsmayıllı ittiham üzrə özünü təqsirli bilmir.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bu il sentyabrın 18-də hakim Rəşid Hüseynov E.İsmayıllının 9 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

XS
SM
MD
LG