Accessibility links

Texasda kilsəyə hücum edən şəxs kim idi? [Video]


Texasda kilsəyə hücum edən şəxs kim idi?
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Texasın cənubunda yerləşən kiçik şəhər kilsəsində 26 nəfəri öldürən və ən azı 20 nəfəri yaralayan silahlı şəxsin problemli keçmişi olub. Həmin şəxs zorakılığa görə hərbi həbxsanada bir neçə ay keçirib. Daha öncə zorakılıqda mühakimə olunan şəxs silah əldə edə bilməz. Amma buna baxmayaraq, texniki qüsura görə Kelli silah əldə edə bilib.

26 yaşlı Devin Kelli 2010-cu ildə Hərbi Hava Qüvvələrinə qoşuldu. 4 ildən sonra isə o, pis davranışa görə xidmətdən uzaqlaşdırıldı.

Kelli 2012-ci ildə yoldaşına və uşağına qarşı zorakılıq tətbiq etdiyi üçün məhkəmə önünə çıxmışdı. Nəticədə pis davranışa görə o, işdən 12 ay müddətinə kənarlaşdırıldı və vəzifəsi aşağı salındı.

Rəsmilər deyirlər ki, Kelli məhkəmə cəzasını Kaliforniyanın San Dieqo şəhərindəki hərbi həbsxanada keçirib.

Hücum günü Kellinin maşınında bir neçə silah var idi. Amma Pentaqon rəsmisi bildirdi ki, qanuna görə Kelli ailə daxili zorakılıqda mühakimə olunandan sonra silaha sahib olmaq hüququndan məhrum olub.

Lakin Hərbi Hava Qüvvələrindən bazar ertəsi verilən məlumata görə, onlar Kelli haqqında məlumatlatı FBI-ın Milli Cinayət İnformasiya Mərkəzinin məlumat bazasına daxil etməməklə qüsura yol veriblər. Nəticədə Kelli silah əldə edə bilib.

Kellinin zorakı keçmişi məlum olsa da, bazar günü hücumunun motivi naməlum olaraq qalır.

Bəziləri düşünürlər ki, hücum şəxsi zəmində baş verib.

“Hücumun hədəfi təsadüfən seçilməmişdi. Məncə bu onu bildirir ki, həmin məkanla bağlı emosional bağlılıq var idi və həmin məkanda düşünülmüş zorakılıq niyyətinin olduğunu göstərir.”

Kilsənin bazar günü məktəbinin rəhbəri Amerikanın Səsinə bildirib ki, kilsəyə gələnlər hücum edəni tanıyırdılar. Bəziləri hətta onun ailə üzvləri idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG