Prezident Donald Tramp ABŞ hərbi qüvvələrinə xidmətlərinə görə təşəkkürünü bildirib. Şükran mesajında Tramp dünya boyu xidmətdə olan ABŞ əsgərlərinə müraciət edərək, onların azadlıq və ABŞ-ın müdafiəsi yolundakı mübarizələrini təqdirəlayiq adlandırıb.
Şükran bayramını Florida ştatındakı Mar-a Lago klubunda keçirən ABŞ dövlət başçısı hərbi qüvvələrin uğurunu baş komandan olaraq öz nailiyyəti kimi qiymətləndirib.
"Biz dünyada gəzmək üçün döyüşlər aparmırıq. Biz qələbə uğrunda mübarizə aparırıq. Siz buna 3-4 ay ərzində heç kimi heç vaxt görmədiyi bir şəkildə nail olacaqsınız" - deyə prezident tele-konfrans zamanı bildirib.