Accessibility links

Donald Tramp oğul qanunvericilər qarşısında ifadə verib


Donald Tramp oğul çərşənbə günü qanunvericilərin 2016-cı ilin iyununda Rusiyalı əməliyyatçılar ilə mübahisəli görüşü barədə o zaman prezidentliyə namizəd olan atası Donald Tramp ilə nə danışdığına dair sualları cavablandırmaqdan imtina edib.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin bəzi üzvləri Tramp oğulunun qanunvercilərin bilmək istədikləri bəzi məlumatları xatırlamadığını iddia etdiyini deyib.

Tramp oğul ilə görüşən rusiyalı vəkil komitənin Tramp kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıran istintaqın bir parçasıdır.

Xüsusi müstəntiq Robert Müllerin Konqresdəki ifadələr və rusiyalılar ilə görüşlə çox maraqlandığı deyilir.

Müller 2016-cı il prezident seçkiləri zamanı Tramp kampaniyası ilə Kreml arasında koordinasiyanın olub-olmadığını və Trampın Müllerdən öncə Rusiya ilə əlaqəni araşdıran FBI direktörü Ceyms Komini işdən çıxarmaqla ədaləti əngəlləməyə çalışıb-çalışmadığını təhqiq edir.

XS
SM
MD
LG