Britaniya ordusunun başçısı hərbi xərclərin azalmasının təhlükələrindən bəhs edib
Britaniya ordusunun başçısı xəbərdarlıq edib ki, hökümətin kəmər sıxma siyasəti ölkənin döyüş meydanında düşmənləri ilə bərabər olmaq imkanlarına xələl gətirir. General Nik Karter deyib ki, Rusiya qüvvələri Ukrayna və Suriyadakı münaqişələrdə təcrübə keçirlər, Britaniyadakı kəsirlər sayəsində isə onların ordusu köhnə avadanlıqlardan istifadə edir.