Accessibility links

Gömrükçülər hava limanında 36 min dollar götürüb


Dollar
Dollar

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Bakının Beynəlxalq Hava Limanında 36 min ABŞ dollarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdlərinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşından 17000 ABŞ dolları, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşından 19000 ABŞ dolları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azərbaycan Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na görə gömrük sərhədindən keçirilən 10000 ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar yazılı formada bəyan olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG