Accessibility links

ABŞ və Azərbaycan Zərdabda yem və toxum təmizləyən məntəqə inşa edib


Yem emalı məntəqəsi
Yem emalı məntəqəsi

Fevralın 19-da ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində Zərdab rayonunun Gəlmə kənd (Bakıdan 266 kilometr qərb) sakinləri yeni yem və toxum təmizləmə məntəqəsinin açılışını qeyd edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Yeni məntəqə Gəlmə kəndinin maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 3000-ə yaxın sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub”, məlumatda qeyd edilir.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 114 icma layihəsi həyata keçirib. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla 186000-ə yaxın insan faydalana bilir. Lahiyələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub.

XS
SM
MD
LG