Accessibility links

Səudiyyə Ərəbistanında hərbi qüvvələrdə kadr dəyişiklikləri edilib, qadın əmək nazirliyində yüksək vəzifəyə təyin edilib


Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salman kral Feysəl Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarını salamlayır, Ər-Riyad, 21 fevral, 2018.

Səudiyyə Ərəbistanında gənc nəslin nümayəndələri üçün imkanların genişləndirilməsi və şahzadə Məhəmməd bin Salmanın hakimiyyətinin gücləndirilməsinə xidmət edəcək addımlar atılaraq, yüksək səviyyəli hərbi personalda dəyişiklər edilib və qadını yüksək vəzifəyə təyin edilib.

Bazr ertəsi günü elan edilən dəyişikliklər sırasında hərbi qərargahlar rəisi, müdafiə və quru qüvvələrin rəhbərləri, müdafiə və daxili işlər nazirliyinin yüksək səviyyəli rəsmiləri vəzifələrindən kənarlaşdırılıb. Tamadur bint Yussif Əl-Ramah əmək nazirinin müavini vəzifəsinə təyin edilib. Bu, mühafizəkar krallıqda qadının tutduğu ən yüksək vəzifədir.

32 yaşında vəliəhd Məhəmməd bin Salman eyni zamanda müdafiə naziridir. O, Səudiyyə Ərəbistanının neft ixracatından asılılığını azaltmaq, yeni iş yerləri yaratmaq və krallıqda qapalı həyat tərzini dəyişdirmək məqsədilə islahatlar aparacağına söz verib.

Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Şahzadə Nura bint Əbdürrəhman universitetində bəstəkar Yanninin konsertini izləməyə gedən qadınlar
Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Şahzadə Nura bint Əbdürrəhman universitetində bəstəkar Yanninin konsertini izləməyə gedən qadınlar

Siyasi meydanda nüfuz qazanmağa başladığı üç il ərzində o, taxta sahib olmaq üçün bir sıra rəqiblərini kənarlaşdıra bilib.

Şahzadə Məhəmməd bin Nayef keçən ilin iyun ayında sarayda dəyşikliklər sırasında vəliəhd və daxili işlər naziri kimi kənarlaşdırılıb. Bundan sonra şahzadə Məhəmməd bin Salman daxili işlər nazirliyini yenidən təşkil edərək, kəşfiyyat və əks-terror sahələri üzərində nəzarətini gücləndirib.

Şahzadə keçən ay daha bir qohumunu-şahzadə Miteb bin Abdullanı Milli Qvardiyanın rəhbəri kimi vəzifəsindən kənarlaşdırıb və onu krallığın iqtisadi və siyasi elitasının bir neçə üzvünün saxlanılması ilə nəticələnmiş terrorizmə qarşı mübarizə səyləri çərçivəsində iki ay müddətinə həbs etmişdi.

Son kadr dəyişiklikləri kral Salman tərəfindən qərara alınıb və qərarlar haqda dövlət mediasında məlumat verilib. Dəyişikliklərin edilməsinin səbəbləri qeyd edilməyib.

Qadının Əmək nazirliyinə təyin edilməsi isə modernləşmə və İslamın daha mötədil formasının təbliğ edilməsi səylərinin bir hissəsi hesab edilir.

Şahzadə Məhəmməd bin Salman din polisinin rolunun məhdudlaşdırılması və ictimai konsertlərin keçirilməsinə icazə verməklə sosial məhdudiyyətlərin azaldılmasına nail olub.

XS
SM
MD
LG