Trampın məktəblərdə təhlükəsizlik ilə bağlı yeni planı
Bazar ertəsi Ağ Ev məktəblərdəki təhlükəsizlik tədbirlərinin hava limanları, stadionlar və hökümət binalarındakı təhlükəsizlik tədbirlərinə bənzər olacağını açıqlayıb. Prezident Donald Trampın planına əsasən, müəllimlər və digər məktəb işçilərinə uşaqları müdafiə edə bilmələri üçün silahdan istifadə təlimləri keçiriləcək. Lakin Ağ Evin yeni planında silah satışlarına məhdudiyyətlərə xüsusi diqqət ayrılmayıb. Silahlı şəxsin Florida məktəbində yarı-avtomatik tüfənglə 17 nəfəri öldürməsindən sonra administrasiya məktəblərdə kütləvi qətliamların qarşısını almağın yollarını nəzərdən keçirir.
Episodes
-
Mart 14, 2025Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi