Dövlət Departamentində kadr dəyişiklikləri-ekspert rəyləri
ABŞ dövlət katibi Reks Tillersonun bir ildən sonra vəzifəsindən azad edilməsi böyük təəccüblə qarşılanmasa da, bunun hansı şəkildə edilməsi suallar yaradıb. ABŞ prezidenti Donald Tramp və ölkənin baş diplomatının xarici siyasət sahəsində bir sıra məsələlərdə baxışları üst-üstə düşmürdü.