Accessibility links

ABŞ səfiri Elmar Məmmədyarov, Zakir Həsənov və Pərviz Şahbazov tərəfindən qəbul edilib


Robert Sekuta və Elmar Məmmədyarov
Robert Sekuta və Elmar Məmmədyarov

Martın 27-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənov və energetika naziri Pərviz Şahbazov tərəfindən qəbul edilib. Görüşlərdə iki ölkə arasındakı münasibətlər diqqət mərkəzində olub, səfir Sekutanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyii bildirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Robert Sekuta və Zakir Həsənov
Robert Sekuta və Zakir Həsənov

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, nazir Zakir Həsənovla görüşdə Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Robert Sekuta və Pərviz Şahbazov
Robert Sekuta və Pərviz Şahbazov

Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, nazir Pərviz Şahbazovla görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin ayrı-ayrı seqmentlərinin yekunlaşmaq üzrə olduğu vurğulanaraq cari ildə layihənin reallaşması ilə bağlı mühüm hadisələrin qeyd olunacağı bildirilib.

Görüşdə regional enerji əməkdaşlığına dair məsələlər, eləcə də Azərbaycanın OPEC+ formatında dünya neft bazarında sabitliyin qərarlaşmasında rolu və gələcək perspektivlərdən danışılıb. Hazırda neftin qiymətində müşahidə olunan artım, neft bazarında ehtiyatların azalması və tələb-təklif tarazlığının tədricən formalaşması Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin əməkdaşlığının nəticələri kimi qiymətləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG