Accessibility links

İlham Əliyev 86,3 faiz səs toplayıb


Aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı bülletenlər tam sayılandan sonra seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.

MSK sədri deyib ki, 3 milyon 962 min 123 seçici səs verib, 3 milyon 962 min 96 bülleten sayılıb.

Beləliklə, İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

XS
SM
MD
LG