Xəzər dənizinin Azərbaycana məxsus hissəsində qayalıqlara baxış zamanı sahildən 13,9 km məsafədə, Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) iyununn 29-da yaydığı məlumatda bildirilir.
Məlumata görə, mühəndis-istehkam mütəxəssisləri mina aşkarlanan əraziyə baxış keçiriblər:
“Mərminin dəniz minası olması təsdiqlənib. Daşınmasının təhlükəli olması səbəbilə yerində zərərsizləşdirilməsi qərarı verilib”.
Minanın iyunun 28-də aşkarlandığı ərazidə partladılma yolu ilə zərərsizləşdirildiyi bildirilir.