Accessibility links

ABŞ Azərbaycanda Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibəti ilə konfrans təşkil edib


İyulun 30-da Azərbaycanın Qusar rayonunda (Bakıdan 177 kilometr şimal) Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsi ilə ABŞ hökuməti tərəfindən maliyyələşdirilən konfrans Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) tərəfindən təşkil edilib.

Müxtəlif dövlətlərdən olan diplomatlar, Azərbaycanın hökumət rəsmiləri və insan alverinə qarşı mübarizə sahəsində çalışan ekpertlər konfransın işinə qatılaraq problemin çözülməsi yollarını müzakirə edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Uilliam Qill deyib ki, Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, dünyada quldarliq qurbanlarının sayi 25 milyon ətrafındadır.

Azərbaycanda Ümumdnya İnsan Alverinə qarşı Mübarizə Günü münasibəti ilə konfrans
Azərbaycanda Ümumdnya İnsan Alverinə qarşı Mübarizə Günü münasibəti ilə konfrans

Uilliam Qill şəxsiyyətinin gizli saxlanılması üçün şərti Gülnarə adı verdiyi bir cəsarətli Azərbaycanlı qadının əhvalatını diqqətə çatdırıb.

“Sözügedən qadın insan alveri qurbanına çevrilib, lakin Azərbaycan hökuməti, USAİD və İOM təşkilatlarının əməkdaşlığı sayəsində o, sığınacaq taparaq öz həyatını ləyaqətli şəkildə davam etdirmək imkanı əldə edib”.

Müvəqqəti işlər vəkili əməkdaşlıq şəraitində fəaliyyətin vacibliyini vurğulayıb.

“Birləşmiş Ştatlar illər boyu Azərbaycan və dünyanın digər ölkələri ilə birgə işləyərək sözügedən cinayətə qarşı mübarizə aparır və Gülnarə kimi qurbanlara yardım edir. Azərbaycanla bu sahədə hər zaman tərəfdaşlıq etmişik. Birləşmiş Ştatlar Azərbaycana etdiyi yardım insan alveri qurbanları üçün sığınacaqların maliyyələşdirilməsi, insan alveri qurbanlarına tibbi yardım göstərən peşəkarlara təlimlərin təminatı və həmçinin aidiyatı olan nazırliklərin fəaliyyətinin gücləndirilməsindən ibarətdir”, o qeyd edib.

Xatırladaq ki, 2015-ci ildən USAID Azərbaycanda üç vətəndaş cəmiyyətinin sığınacaqlarına dəstək göstərərək həssas qadın və uşaqlara, habelə məişət zorakılığı, istismar və insan alveri qurbanlarına köməklik edib.

Qalmaq yerindən əlavə sığınacaqlar qadın və uşaqları psixoloji, tibbi və hüquqi yardımla təmin edir ki, bununla da onlara həyatlarını bərpa etməyə və cəmiyyətə qayıtmağa kömək edir. 2015-ci ilin oktyabrından 2018-ci ilin martınadək layihənin dəstəklədiyi üç sığınacaq 100-dən çox təsdiq olunmuş və ehtimal edilən insan alveri qurbanlarına, habelə 1000-dən çox insan alverinin təsiri altına düşə biləcək insana birbaşa yardım edib.

2001-ci ildən USAID 70-dən çox ölkə və regionda insan alveri ilə mübarizə proqramlarına dəstək göstərib. Şərqi Avropa və Avrasiya regionunda əsas səylər Balkan ölkələrində və Şərqi Avropada, habelə keçmiş Sovetlər Birliyinin hədəf ölkələrində, o cümlədən Ukrayna, Belarus, Moldova, Bosniya və Azərbaycanda insan alverinin qarşısın alınması və qurbanlara yardıma yönəlib.

XS
SM
MD
LG