Accessibility links

Redaktor prokurorluqda ifadə verib


Elxan Şükürlü
Elxan Şükürlü

“Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü avqustun 3-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

E.Şükürlü deyib ki, idarəyə çağrılmasına səbəb 2017-ci ildə rəhbərlik etdiyi saytda digər informasiya resurslarına istinadla verilmiş bir yazı olub.

"İstintaq sirrini yaymamaq üçün söhbətin hansı yazıdan və saytlardan getdiyi barədə hər hansı açıqlama verə bilməyəcəm. İfadəni Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Emil Murğuzov alıb”.

E.Şükürlü dindirmə zamanı hər hansı təzyiqlə üzləşmədiyini bildirib.

E.Şükürlü 2015-cı ilin noyabrında da "MTN işi" ilə bağlı BaşProkurorluğa çağırılıb, bu iş haqda məlumat yayan sayt rəhbərləriylə birgə ona rəsmi xəbərdarlıq edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG