Accessibility links

Jurnalist təşkilatları Berlində Azərbaycanda media problemləri ilə bağlı mətbuat konfransı keçirəcək


Sərhədsiz Reportyorlar-media azadlığı
Sərhədsiz Reportyorlar-media azadlığı

Avqustun 15-də Berlində "Sərhədsiz Reportyorlar" və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu birgə mətbuat konfransı keçirəcək.

Tədbir Azərbaycanda jurnalistlərin təqibinə həsr olunub və avqustun 25-də Almaniya kanserinin Bakıya səfəri ərəfəsində keçirilir.

Təşkilatçıların press-relizində deyilir ki, Azərbaycan hakimiyyətin tənqidi amansızca susdurduğu və jurnalistləri təqib etdiyi, saxta ittihamları onları həbs etdiyi azsaylı Avropa ölkələrindən biridir.

Bundan başqa, hakimiyyət mühacirətdə olan jurnalistləri fəal şəkildə təqib edir, Əfqan Muxtarlının başına gəldiyi kimi, qonşu ölkələrdə onları oğurlayır.

Almaniya və Fransada da hakimiyyəti tənqid edənlər təzyiq və təhdidlərə məruz qoyulur.

Tədbir iştirakçıları Angela Merkelin diqqətini bu problemlərə çəkmək və bu məsələləri səfər zamanı rəsmi Bakı qarşısında qaldırmağı xahiş etmək niyyətindədirlər.

Öz növbəsində, Azərbaycan rəsmiləri ölkədə media azadlığının təmin edildiyini, jurnalistlərin təqib edilmədiyini bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG