Accessibility links

İranın yeni qırıcı təyyarəsinin effektivliyi şübhələr doğurur


Televiziya ilə yayımlanan video görüntülərdə İran prezidenti Həsən Ruhani qırıcı təyyarənin pilot kabinəsinə oturub. 

İranın bu həftə ölkə daxilində istehsal edilən qırıcı təyyarəsinin nümayişi Qərb ekspertlərinin həmin təyyarənin effektivliyi ilə marağına səbəb olub.

Televiziya ilə yayımlanan video görüntülərdə İran prezidenti Həsən Ruhani qırıcı təyyarənin pilot kabinəsinə oturub.

Dövlət televiziyası təyyarənin havaya qalxması kadrlarını və pilot kabinəsindən çəkilən video görüntüləri nümayiş etdirib.

Bəzi Qərb və İsrail aviasiya ekspertləri bildiriblər ki, Kovsar təyyarəsi visual olaraq, ABŞ-ın F-5 Tiger təyyarəsinə bənzəyir. Həmin təyyarə 1960-cı ildə ABŞ ordusunda istifadəyə verilib və 20 il öncə istifadəsinə son qoyulub. İran 1979-cu il inqilabından öncə, ABŞ-dan ən azı 140 ədəd F-5 Tiger təyyarəsi alıb.

Ölkə daxilində istehsal edilən Kovsar təyyarəsi visual olaraq, 60 il öncə ABŞ-da istehsal edilən F-5 Tiger qırıcısına bənzəyir
Ölkə daxilində istehsal edilən Kovsar təyyarəsi visual olaraq, 60 il öncə ABŞ-da istehsal edilən F-5 Tiger qırıcısına bənzəyir

Ekspertlər İranın yeni təyyarəsinin ölkə ordusuna fayda verəcəyi ilə bağlı şübhə ilə yanaşırlar. Onların fikrincə, Kovsar təyyarəsinin müasir şərtlər altında döyüş faydası məhduddur. Bununla bərabər bildirilir ki, yeni təyyarə İran hərbçilərinin təlimdə zamanı yararlı vasitə ola bilər.

XS
SM
MD
LG