Accessibility links

Media qanunvericiliyinə gender bərabərliyi ilə bağlı əlavələr ediləcək


Gender zorakılığı

"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına gender bərabərliyi ilə bağlı əlavələr ediləcək. Bu əlavələr "KİV haqqında" qanunda və mətbuata aid digər qanunlarda əksini tapacaq. Dəyişikliklərin təşəbbüsçüsü Avropa Şurasıdır (AŞ). O, Mətbuat Şurasına antiseksizm və gender bərabərliyi ilə bağlı Avropa tendensiyalarını nəzərə almağı təklif edib". Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov AŞ-nin Bakı ofisi ilə birlikdə keçirdiyi "Azərbaycanda gender bərabərliyi və mətbuat azadlığı layihəsi" mövzusunda "dəyirmi masa"da bildirib.

Layihə üzərində birgə iş 2018-ci ilin martında başlayıb. Azərbaycanlı hüquqşünas və jurnalistlərdən ibarət işçi qrupu Jurnalistlərinin Peşə Davranışı Qaydalarına dörd bənddən ibarət əlavələrin daxil olunmasını təklif edib. Birinci bənd jurnalistlərdən gender bərabərsizliyini qəbul etməməyi, mühüm əhəmiyyət daşımayan yazının qəhrəmanının cinsini göstərməməyi tələb edir.

İkinci maddə jurnalistlərdən gender diskriminasiyasına qarşı mübarizə aparmağı tələb edir. Üçüncü bənddə jurnalistlərin mətbuatda problemləri işıqlandırarkən gender özəlliklərinə həssas münasibətin vacibliyi göstərilir, gender zorakılığına müsbət münasibəti qadağan edir və gender bərabərsizliyinin cəmiyyət tərəfindən qəbul edilməməsini möhkəmləndirir. Dördüncü bənd KİV redaksiyalarında gender bərabərliyinə aiddir.

"Layihə "dəyirmi masa"da müzakirə edilib, onun yekun variantı Mətbuat Şurasında qəbul ediləcək və digər ölkələr üçün pilot layihə olacaq. Çünki azərbaycanlı jurnalistlər ilk jurnalistlər olacaq ki, onların Peşə Davranışı Qaydaları sözügedən əlavələr edilməklə dəyişəcək", AŞ Bakı ofisinin rəhbəri səfir Zoltan Herneys bildirib.

"Layihə Azərbaycan ombudsman aparatı tərəfindən dəstəklənib, onun tətbiqilə bağlı işlərin hazırlanması qalır", aparat rəhbəri Aydın Səfixanlı bildirib.

"Davranış Qaydalarına dəyişikliklərin aktuallığı azərbaycanlı jurnalistlər arasında gender bərabərsizliyinin mövcudluğundan irəli gəlib", Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli hesab edir.

Azərbaycanda jurnalistlərin və KİV işçilərinin 40-45%-ni qadınlar təşkil edir (dünyada 30%), lakin KİV rəhbərləri və təsisçilərinin 85-90%-i kişilərdir.

Avropa Şurasının eksperti Yelena Surçulija Milojeviç Belqraddan skayp vasitəsilə "dəyirmi masa" iştirakçılarının fikirlərini dinləyib. O deyib ki, Avropanın seksizmin qadağan edilməsi barədə tələbləri Azərbaycanın Peşə Etikası layihəsində əksini tapmayıb.

"Azərbaycan dilində isim və sifətdə cinsiyyət fərqi yoxdur, odur ki, mətnlərdə və nitqlərdə seksizm - cinsiyyət fərqinin səbəbsiz qabardılması yoxdur. "Avropada da KİV-də gender bərabərsizliyi problemi mövcuddur", belqradlı ekspert qeyd edib.

O xatırladıb ki, BBC-nin qadın redaktoru əməkhaqqı kişi redaktorun əməkhaqqından az olduğu üçün işdən çıxıb.

XS
SM
MD
LG