Accessibility links

Türkmənistanın xarici işlər naziri Azərbaycanda səfərdədir


Türkmənistan xarici işlər naziri Rəşid Meredov oktyabrın 18-də Azərbaycana səfərə gəlib.

Prezident İlham Əliyevin Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşündə Bakı və Aşqabad arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Rəsmi məlumatda deyilir ki, Azərbaycan və Türkmənistan ikitərəfli və çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirir.

Prezident İlham Əliyev son illər birgə səylər nəticəsində əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında siyasi sahədə fəal qarşılıqlı fəaliyyətin mövcud olduğunu, hər iki ölkənin digər istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika, mədəniyyət sahələrində də əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Əliyev Azərbaycanın münasibətlərin gələcəyinə nikbinliklə baxdığını deyib.

“Azərbaycan ilə Türkmənistan və eləcə də xalqlarımız arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm”, o qeyd edib.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bildirib ki, Türkmənistan dövlət başçısı prezident Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmək barədə ona tapşırıq verib və o, prezident Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunu dövlət başçısına təqdim edib.

XS
SM
MD
LG