Accessibility links

Azərbaycan elektrik enerjisini həm idxal, həm də ixrac edir


Elektrik xətti

"Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib". Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibəti ilə dərc etdirdiyi məqaləsində bildirib.

Onun sözlərinə görə, 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVtst. elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVtst-a qədər azalıb.

“İxrac isə, əksinə, 1,282 mlrd. kVtst-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 107,4 mln.kVtst idxala qarşı - 750,6 mln.kVtst elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln.kVtst, İrana 72,6 mln.kVtst, Rusiyaya 76,6 mln.kVtst, Türkiyəyə isə 13,45 mln.kVtst elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln.kVtst, İrandan 24,4 mln.kVtst, Gürcüstandan isə 23,1 mln.kVtst olub”, o qeyd edib.

Nazir bildirib ki, Azərbaycanın enerji sistemi iləRusiyanın 2, Gürcüstanın 2, İranın 5 və Türkiyənin 2 enerji sistemi arasında yüksək gərginlikli xətt mövcuddur.

“2013-cü ildə 500 kV-luq “Samux-Qardabani” HEVX-nin istismara verilməsi nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə Azərbaycandan Gürcüstana və Türkiyəyə, gələcəkdə isə Qara dəniz və Şərqi Avropa ölkələri istiqamətində elektrik enerjisinin ixracına texniki imkanlar yaranıb”, Şahbazov deyib.

XS
SM
MD
LG