Accessibility links

Sten Li dünyasını dəyişib


Sten Li dünyasını dəyişib
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Qara panter, Hörümçək adam, Dəmir adam, Yöndəmsiz adam və digər məşhur komik qəhrəmanların yaradıcısı Sten Li bu həftə 95 yaşında vəfat etdi.

Sten Li haqda heç vaxt eşitməyənlər yəqin ki, Hörümçək adamla tanışdırlar. Bir çox insan Marvel komiksləri hekayə kitablarını uşaqlıqdan kolleksiya kimi saxlayır.

"Kanzasda 3-cü sinifdə olarkən Sten Linin kitablarını toplamağa başladım. Hələ də Marvel, DC və digər kitablara bağlıyam. Ən birinci kitabım hələ də izlərini gördüyümüz "243 nömrəli qisasçılar" kitabı olub. Bu kitablardan heç vaxt əl çəkmərəm. Onları qutularda saxlayıram və kitabların üzərində hələ də izləri görünür"- deyə, aktyor Devid Dastalmaçian bildirib.

Nyu-Yorkda doğulan Stenli Martin Liber Li həmişə kitablara və filmlərin qəhrəmanlarına maraq göstərib. Komik kitablar naşirliyinə başladıqdan sonra o, Sten Li ləqəbi ilə kitablar yazmağa başlayır. Li o qədər uğurlu olur ki, şirkət ona yeni komik obrazların yaradılması üçün komanda təsis etməsinə göstəriş verir. Bu isə Yöndəmsiz adam, Hörümçək adam, Dəmir adamın daxil olduğu Marvel silsiləsi, X-adam fantastiı dörlük və qisaçılar komandasının yaranmasına yol açır.

"Hörümçək adama başladıqda naşirimə bu haqda söylədim. Yeniyetmə yaşlarında, bir çox problemləri olan bu qəhrəmanı Hörümçək adam adlandırmaq istədiyimi dedim. Milyonlarla problemi var, işləri yaxşı getmir. Naşirim dedi ki, mən uduzmuşam. Çünki hörümçəyi heç kim sevmir. Ona hörümçək adam adı verə bilməzsən. İkincisi, yeniyetmədən qəhrəman olmaz. O, yalnız yardımçı ola bilər. Və nəhayət problemlərinin çox olduğu bir qəhrəman necə qəhrəman ola bilər? Qəhrəmanların problemi olmur. Buna görə biz özümüzü qəhrəman adlandırırıq. Bu sənə nə bildiyimi göstərər"- deyə, Sten Li deyib.

Lakin Linin obrazlarının insani tərəfləri onlara məşhurluq qazandırır. Onlar aşiq olur, evlənir, yaralanır, maddi problemlər yaşayır. 1972-ci ildə Li Marvel komikslərinin naşiri və direktoru olur. 4 il sonra Hörümçək adamın 72 milyon nüsxəsi satılır. Onun qəhrəmanları film qəhrəmanlarına çevrilir. Onlar dünya boyu 20 milyard dollarlıq gəlir gətirir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG