Accessibility links

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib


Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu ilin iyulundan Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi fəaliyyətə başlamışdı. O həm də Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edirdi.

Əzizov bundan öncə Bakı şəhər Səbael Rayon İcra Hakimiyyətinin başçısı idi. O daha öncə Sumqayıt, Gəncə şəhərlərinin icra hakimiyyətlərinin başçısı olub.

XS
SM
MD
LG