Accessibility links

Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb


İkram Rəhimov
İkram Rəhimov

Ombudsman Aparatının əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasına baş çəkib.

Azərbaycan Ombudsman Aparatının məlumatında deyilir ki, başçəkmə zamanısaxlanma şəraiti, qidalanma, tibbi yardım, dustaqlarla rəftar, onların hüquqlarının təmin olunmasının vəziyyəti ilə tanış olublar.

“Bəzi şəxslərlə təkbətək görüşlər keçirilib, onlara hüquqi məsləhətlər verilib. Onların arasında realliq.info saytının redaktoru İkram Rəhimov da olub. Bəzi məlumatlara görə, o, aclıq edir. Lakin İkram Rəhimov aclıq etmədiyini bildirib”, məlumatda deyilir.

Başçəkmənin yekunlarına əsasən təcridxana rəhbərliyilə müzakirələr aparılıb.

Fevralın 14-də İkram Rəhimovun doğmaları bildiriblər ki, jurnalist etiraz olaraq 4-cü gündür aclıq edir.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib. Həbsdən öncə Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisini tənqid etdiyinə görə təqib olunur.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq İkram Rəhimovu siyasi məhbus kimi tanıyıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG