Accessibility links

Rusiyada avtomobil qəzasında 6 Azərbaycan vətəndaşı ölüb


Avtomobil qəzası
Avtomobil qəzası

Martın 6-da Rusiyanın Stavropol vilayətinin ərazisində Nevinnomıssk şəhəri yaxınlığında baş vermiş yol qəzası nəticəsində altı nəfər Azərbaycan vətəndaşı ölüb, beş nəfər yaralanıb.

RİA Novosti agentliyinin məlumatına görə, ZİL yük maşını qarşı zolağa çıxaraq "Mercedes" mikroavtobusu ilə toqquşub. Mikroavtobusda Azərbaycandan Moskvaya gedən sərnişinlər olub. Bu barədə Stavropol Yol Polisi İdarəsnin rəisi Aleksey Safonov bildirib.

Hadisə yerində istintaq qrupu çalışır. Ölənlərin və xəsarət alanların adları açıqlanmır.

Azərbaycanın dövlət orqanları hələlik baş verənləri şərh etməyib.

XS
SM
MD
LG