Accessibility links

Azərbaycan gömrükçüləri 110 kiloqramdan çox heroin tutub


İranla sərhəddə tutulan heroin partiyası
İranla sərhəddə tutulan heroin partiyası

Azərbaycanın gömrükçüləri 110 kiloqram 400 qram heroin tutub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə "yeyinti malları" adı altında yük daşıyan İran vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi yük avtomobili Azərbaycanın Biləsuvar gömrük postunda saxlanılıb.

Yoxlama zamanı yük maşınının qoşqusunun təkərlərinin hərəkətverici oxları içərisindən ümumilikdə 110 kiloqram 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

Məlumatda deyilir ki, tutulan heroinin Avropanın "qara bazar"ında dəyəri təxminən 20 milyon manat təşkil edir.

Azərbaycan gömrükçüləri son zamanlar İrandan ölkə ərazisi ilə daşınmasına cəhd edilən yüz kiloqramlarla narkotiki aşkar edib. Belə ki, gömrükçülər bir gün əvvəl, martın 18-də Biləsuvar gömrük postunda daha 306 kiloqram 710 qram heroin tutub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev yerli mediaya bildirib ki, 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub.

“Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb".

"2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər: 252 kişi və 39 qadın olmaqla, 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər əcnəbi (58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib" , o qeyd edib.

Hüquq mühafizə orqanlarının və narkotiklərlə bağlı keçirilən məhkəmə işləri barədə mediada dərc edilən məlumatların təhlili göstərir ki, Azərbaycana narkotiklər əksər hallarda İrandan quru yolu ilə gətirilir. Hüquq mühafizə və gömrük orqanları il ərzində dəfələrlə İrandan gətirilən böyük partiya narkotik tutub.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə silahlı insidentlər də baş verir. Bu il martın 10-da və 12-də baş verən atışma zamanı bir hərbçi, bir mülki vətəndaş öldürülüb. Ümumilikdə bu il ərzində sərhəddə baş verən atışmada azı 4 nəfər öldürülüb.

Sərhəd təhlükəsizliyi məsələsi iki ölkə arasında da müzakirə mövzusudur.

2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki səfər zamanı təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG