Accessibility links

Nyu Yorkda əntiq kitab yarmarkası


Nyu Yorkda əntiq kitab yarmarkası
please wait

No media source currently available

0:00 0:04:22 0:00

Nyu Yorkda vaxtaşırı kitabla bağlı müxtəlif mövzuları əhatə edən tədbirlər baş tutur. Bunlardan ən önəmlisi ildə bir dəfə keçirilən Beynəlxalq Əntiq Kitab Yarmarkasıdır. Bu yarmarka öyrəşdiyimiz ikinci əl kitab bazarlarından fərqlənir. Buradakı kitablar köhnəldiyi üçün daha ucuz satılmır, əksinə, təqdim olunanlar şərab kimi köhnəldikcə dəyəri artan nüsxələrdir. Ədəbiyyat, incəsənət, siyasət və ya elm dünyasındakı kifayət qədər önəmli insanların əsərlərinin ilk nüsxələri yarmarkada satışa çıxarılıb. Məsələn, Viktor Hüqonun ilk əsəri, və ya dünyada nəşr olunan ilk İncillərdən biri, Nyutonun imzalı məqaləsi, Tomas Ceffersonun kitabxanasında yer alan lüğət, Aleksandr Dümanın əsərlərinin ilk nəşri kimi yüzlərlə qiymətli əsər.

XS
SM
MD
LG