Accessibility links

Assanjın məhkəməsi mübahisələrə səbəb olub


Assanjın məhkəməsi mübahisələrə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:33 0:00

WikiLeaks-in təsisçisi Culian Assanj Birləşmiş Ştatlara ekstradisiyaya qarşı şiddətli olacağı və uzun müddət davam edəc’yi gözlənilən mübarizəsinə başlayıb. Birləşmiş Ştatlar Assanjı ABŞ hökümətinə aid sənədləri oğurlayıb, yaymaqda ittiham edir. Assanj cümə axşamı Britaniya məhkəməsinə “bir çox mükafat alan və insanları qoruyan” jurnalistika fəaliyyətinə görə ekstradisiya olmaq istəmədiyini bildirib. Assanj Londonda 2012-ci ildə məhkəmədən qaçaraq Ekvador səfirliyinə sığındığına görə 50 həftəlik həbs cəzasını çəkdiyi həbsxanadan danışıb.

Culian Assanjın dünya boyu tərəfdarları var və onların çoxu cümə axşamı onun Birləşmiş Ştatlara ekstradisiyanın əleyhinə mübarizəsini dəstəkləmək məqsədilə Londonda məhkəmə önündə toplaşıb. Assanj və vəkilləri onun ABŞ-ın minlərlə məxfi hökümət sənədlərini dərc edərkən söz azadlığı hüququndan istifadə etdiyini sübut etməyə çalışacaq.

“Mühümdür ki, biz Ümumdünya Mətbuat Azadlığı Günündə bu məhkəmə işinin azad sözə təsirlərini və dünya boyu jurnalistika və mətbuat orqanları üçün əhəmiyyətini nəzərə alaq”, Culian Assanjın vəkili Cennifer Robinson söyləyib.

Birləşmiş Ştatlar yeddi il Ekvadorun Londondakı səfirliyində yaşayandan sonra aprelin 11-də həbs olunan avstraliyalı jurnalist və informatoru ekstradisiya etmək istəyir. O, İraq müharibəsi və ABŞ-ın diplomatik yazışmalarına aid yüz minlərlə məxfi sənədi ələ keçirmək üçün ABŞ orudusunun sabiq kəşfiyyat analitiki Çelsi Manninq ilə əməkdaşlıq etmək ittihamları ilə üzləşir. O, cinsi zorakılıq itthamları səbəbilə İsveçə ekstradisiyadan yayınmaq üçün səfirlikdə sığınacaq almışdı. Lakin Assanj və onun vəkilləri iddia edir ki, hər şey onu Birləşmiş Ştatlara aparmaq planının bir hissəsi idi. Onlar Assanjın ABŞ-da ədalətli məhkəmə prosesi ilə üzləşməyəcəyini iddia edir.

“Biz çox yaxşı bilirik ki, ona verilən bu cəza, onu ABŞ-a ekstradisiya olunanadək burada tutmaq məqsədi daşıyır” - deyə, Culian Assanjın Fransadakı vəkili Xuan Branko bildirib.

Assanjın tənqidçiləri onu vicdansız və narsisist adlandırıb. Ekvadorlu diplomatlar deyir ki, o, sığınacaq şərtlərini pozub. Britaniya rəsmisi isə deyib ki, Ekvador ona sığınacaq verməklə yanlış hərəkət edib.

“O orada öz istəyi ilə çürüyürdü. Ekvadorun keçmiş hökümətinin ona sığınacaq verməsi təəssüf doğurur, çünki o, səfirliyə daxil oldu, amma necə çıxacağını hesablamadı”, Britaniyanın Avropa və Amerika qitələri üzrə naziri Alan Dankan bildirib.

Britaniya rəsmiləri deyib ki, Assanjın Birləşmiş Ştatlara ekstradisiya olunub-olunmayacağına məhkəmələr və hökümət qərar verəcək.

Yaxın zamanlarda hər hansı qərar gözlənilmir. Cümə axşamı başlayan dinləmələr mayın 30 və iyunun 12-də davam etdiriləcək.

“Bütöv proses gələn bir neçə ay ərzində, ekstradisiya dinləməsi keçirilməyənədək tam sürətlə davam etməyəcək. Onun Birləşmiş Ştatlara göndərilib-göndərilməyəcəyi isə bir-iki il sonra bəlli olacaq”, Associated Press-in müxbiri Qreq Katz söyləyib.

Təhlilçilər razılaşır ki, Assanj işinin nəticəsinin cümə günü Ümumdünya Mətbuat Azadlığı Günündən istifadə edərək hökümətlərə ifadə azaldığının vacibliyini xatırladacaq jurnalistlər üçün uzun-müddətli təsirləri ola bilər.

XS
SM
MD
LG