Əkrəm İmamoğlu Rəcəb Tayyib Ərdoğanın partiyasının İstanbuldakı 25 illik hakimiyyətinə son qoyaraq merliyi qazanaraq Türkiyə siyasətini sarsıtdı. O, bir aydan qısa müddət öncə vəzifəsinin icrasına başladı və həmin dövrdə şəhər rəsmiləri tərəfindən kütləvi israfçılığın üstünü açdı. Daha sonra Türkiyənin seçki şurası mübahisə doğuran bir şəkildə seçkinin yenidən keçirilməsinə qərar verdi və İmamoğlunu vəzifəsindən uzaqlaşdırdı.
Əkrəm İmamoğlu inqilabi qələbəsinin ardınca İstanbulu dolaşıb, Türkiyədəki dərin siyasi bölgüyə son qoyacağına və barışıq yaradacağına söz vermişdi.
Onun qələbəsinə bu mesaj səbəb oldu. Lakin İmamoğlunun merliyi yalnız 19 gün davam etdi. Belə ki, Türkiyənin Ali Seçki Şurası onun qələbəsini ləğv edərək, yenidən seçki keçirilməsinə qərar verdi.
Şura prezident Rəcəb Tayyib Ərdoğanın İmamoğlunun qələbəsinə saxtakarlıq və qanun pozuntularının səbəb olduğuna dair iddialarını dəstəklədi.
“Bu, tarixə qara ləkə kimi yazılacaq zərbədir. Bu, açıq-aydındır. Mən buna görə çox məyusam. Bu məyusluq Türkiyə demokratiyasına vurulan zərbəyə görədir. Amma səhvi düzəltmək bizim öhdəliyimizdir. Biz də indi bunun üçün mübarizə aparırıq”, İmamoğlu bildirib.
Seçki nəticələrinin ləğv olunması İstanbul küçələrində qəzəbə səbəb olub.
Şəhər boyu gecələr etirazlar keçirilir, gələn ay keçiriləcək təkrar seçkiyə impuls toplanır.
“Bunun təkcə İstanbul seçkisi olmayacağı dəqiqdir. Bu həm bələdiyyə seçkisi, həm də demokratiya uğrunda mübarizədir. Bu səbəbdən də bizim kampaniya daha da böyüyəcək və yüz minlərlə insan bu kampaniyada iştirak edəcək", İmamoğlu söyləyib.
Bunun təkcə İstanbul seçkisi olmayacağı dəqiqdir. Bu həm bələdiyyə seçkisi həm də demokratiya uğrunda mübarizədir. Bu səbəbdən də bizim kampaniya daha da böyüyəcək və yüz minlərlə insan bu kampaniyada iştirak edəcək.Əkrəm İmamoğlu
İmamoğlunun İstanbuldakı qələbəsi və inklüzivlik mesajı mənsub olduğu CHP partiyasına dəstəyi artırır, xüsusilə də şəhərin gənc sakinləri arasında.
Mühafizəkar bir ailədən gələn və İstanbulda bir ailə ilə iftar yeməyi yeyən İmamoğlu dünyəvilər ilə dindarlar arasındakı uçurumu asanlıqla keçə bilir.
“Aydındır ki, hazırda yaşadıqlarımız partiya siyasətinin üzərində bir məsələdir. Bu səbəbdən də icmanı birləşdirmək, onları bir araya gətirmək fürsətə çevrilə, ruh yüksəkliyinə gətirib çıxara bilər. Bundan sonra baş verənlər iqtisadiyyat, təhsil və ictimai sülh və azadlığa təsir göstərəcək”, İmamoğlu deyib.
Bir neçə ay öncə İstanbul ətrafındakı bir əyalətin meri olan İmamoğlunu çox az sayda insan tanıyırdı.
Ancaq indi bütün ölkə gələn ay bir çoxları tərəfindən ölkənin ən mühüm seçkisi kimi dəyərləndirilən İstanbul bələdiyyə seçkisinə hazırlaşdığı bir vaxt o, Ərdoğan üçün böyük hədədir.