Accessibility links

Alabama qanunvericiləri abortu qadağan edən qanun layihəsini təsdiq edib


Alabama qanunvericiləri
Alabama qanunvericiləri

ABŞ-ın cənub-şərqində yerləşən Alabama ştatının qanunvericiləri çərşənbə axşamı abortun demək olar bütün hallarda qadağan olunmasının lehinə qanun layihəsini təsdiq edib. Hazırda ölkənin bu ən sərt abort qanunu imzalaması üçün ştatın respublikaçı qubernatoruna göndərilib.

Respublikaçıların nəzarət etdiyi Senat 25-6 səs fərqi ilə hamiləliyin hər hansı mərhələsində abort əməliyyatını həyata keçirməyin 99 ilədək həbs cəzası ilə nəticələnə biləcək ağır cinayət hesab edilməsinin lehinə səs verib. Bu qadağaya yeganə istista qadının sağlamlığına ciddi risklərin olduğu hallardır.

Senatorlar zorlama və yazın qohumlar arasında cinsi əlaqə nəticəsində yaranan hamiləlik hallarının da istisna olunması təklifini də rədd edib.

Qanunun tərəfdarları deyir ki, bu qanun layihəsi ABŞ Ali Məhkəməsinin 1973-cü ildə ölkə boyu abortu leqallaşdıran çox mühüm qərarı yenidən nəzərdən keçirməsinə gətirib çıxara bilər.

Qubernator Key Avinin sözçüsü deyib ki, o, qanun layihəsinin son versiyasını tam nəzərdən keçirməyənədək onunla bağlı şərh verməyəcək.

Planned Parenthood təşkilatının cənubşərq ştatlar üzrə direktoru Steysi Foks bəyanat yayaraq, qanun layihəsinin təsdiq olunmasını “Alabama və ölkə boyu qadınlar üçün qaranlıq gün”adlandırıb. “Alabama siyasətçiləri bu səsverməyə görə hər zaman rüsvayçılıqla üzləşəcəklər”, o deyib.

Kentaki, Mississippi, Ohayo və Corciya ştatları dölün ürək döyünməsi eşidildiyi andan sonra abortu qadağan edib. Bu isə hamiləliyin təxminən altıncı həftəsi deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG