Accessibility links

Prezident Tramp genişmiqyaslı münaqişəyə cəlb olunmağa istəksiz olsa da, əleyhdarları onun sərt ritorikasına ciddi yanaşır


Prezident Tramp genişmiqyaslı münaqişəyə cəlb olunmağa istəksiz olsa da, əleyhdarları onun sərt ritorikasına ciddi yanaşır
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Prezident Donald Tramp və onun milli təhlükəsizlik komandası Şimali Koreya, Venesuela və İran kimi əleyhdarlara qarşı hərbi gücdən istifadə etməyə hazır olduqlarını dilə gətirib. Lakin tənqidçilər deyir ki, prezidentin xarici münaqişələrə cəlb olunmaqla bağlı istəksizliyi onun bu təhdidlərinin etibarlılığını azaldır.

Donald Tramp prezidentlik müddətinin əvvəlində Suriya və Əfqanıstanda bomba hücumlarına göstəriş verib və beləcə administrasiyasının lazım olduğu təqdirdə hərbi gücdən istifadə etməyə hazır olduğuna dair iddialarını gücləndirib.

ABŞ höküməti və Birləşmiş Ştatlar bir çox baxımdan özünü küncə sıxıb. Belə ki, Amerika ya ciddi olduğunu sübut etməlidir, ya da geri çəkildiyinə dair düşüncə yaratmalıdır
Sintia Arnson

Lakin prezident Tramp dəfələrlə milli təhlükəsizlik müşaviri Con Boltonun aqressiv görüşləri ilə bağlı narahatlığını da dilə gətirib və ABŞ-ın xaricdə hərbi öhdəliklərindən geri çəkilməsini prioritet hala gətirib.

“Prezidentin bir az pasifist olması pis deyil, baxmayaraq ki, prezident Tramp mülayim bir insan olaraq görülmür. Amma o, yeni müharibələrdən yayınmaq istəyir və bəlkə də bu, yaxşı haldır”, Brukinqs İnstitutundan Maykl O’Hanlon bildirib.

Bir çox təhlilçi deyir ki, Trampın Şimali Koreyanın nüvə və raket silahları sınaqlarına “alov və qəzəblə” cavab verəcəyinə dair təhdidləri Kim Conq Unu nüvəsizləşdirmə danışıqlarında iştirak etməyə vadar edib .

Lakin indi danışıqlar dayandırılıb və Şimali Koreyanın bu yaxınlarda qısa-mənzilli raketləri sınaqdan keçirməsi, habelə ABŞ-ın BMT-nin kömür ixracı ilə bağlı sanksiyalarını pozan Şimali Koreyaya aid yük gəmisini ələ keçirməsindən sonra gərginlik artıb.

Ağ Ev həmçinin İranı nüvə ambisiyalarına son qoymağa məcbur etmək və Venesuela ordusuna avtoritar lider Nikolas Maduronu hakimiyyətdən devirməsi üçün təzyiq göstərmək məqsədilə hərbi çıxış yollarını nəzərdən keçirdiyini vurğulayıb.

ABŞ İranın qarşısı almaq üçün Aralıq Dənizinə hərbi dəniz qüvvəsini göndərib. Tramp Pentaqonun Yaxın Şərqə 120 min qoşun göndərməyə hazırlaşdığına dair məlumatı təkzib etsə də, hərbi gücdən istifadə etmək niyyətində olduğuna işarə edib.

“Bunu edərəmmi? Əlbəttə. Amma bunun üçün plan hazırlamamışıq. Ümid edirəm ki, belə bir planımız olmaz, amma olsa idi bundan qat-qat daha çox qoşun göndərərdik,” Tramp deyib.

Genişmiqyaslı münaqişəyə cəlb olunmağa istəksiz olmasına baxmayaraq, xaricdəki əleyhdarları Trampın sərt ritorikasına ciddi yanaşır.

ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

“Fikrimcə onun şəxsiyyətini, təhdidlərini izləyən insanlar, onun bir baxımdan cavab hücumu etməyə açıq olduğuna şübhə etmirlər”, O’Hanlon deyir.

Hərbi gücdən istifadə ilə təhdid etmək təhlükəlidir, çünki müharibədə tarazlıq siyasəti və yanlış hesablama tələfatlı münaqişəyə gətirib çıxara bilər.

“ABŞ höküməti və Birləşmiş Ştatlar bir çox baxımdan özünü küncə sıxıb. Belə ki, Amerika ya ciddi olduğunu sübut etməlidir, ya da geri çəkildiyinə dair düşüncə yaratmalıdır” – deyə, Vudro Vilson Mərkəzindən Sintia Arnson bildirir.

Tənqidçilər Trampın maksimum təzyiq strategiyasının mümkün münaqişəni qızışdırdığını düşünsə də, tərəfdarları onun sərt yanaşmasını dəstəkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG