Accessibility links

Şimali Koreya BMT-ni "qanqster" ABŞ-ın yük gəmisini ələ keçirməsi məsələsinə nəzər yetirməyə çağırır


Wise Honest yük gəmisi
Wise Honest yük gəmisi

Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşi yük gəmilərindən birinin Birləşmiş Ştatlar tərəfindən “qanunsuz” şəkildə ələ keçirilməsi məsələsi ilə məşğul olmağa çağırıb. Bu barədə şənbə günü dövlət mediası xəbər verib.

“Bu, açıq-aydın Birləşmiş Ştatların həqiqətən də beynəlxalq qanunlara əhəmiyyət verməyən qanqster ölkə olduğunu göstərir” – deyə, Şimali Koreyanın BMT-dəki nümayəndəsi cümə günü Quterreşə ünvanladığı məktubda bildirib.

Pxenyanın gəminin ələ keçirilməsi ilə bağlı BMT-yə şikayəti Şimali Koreya lideri Kim Conq Unla ABŞ prezidenti Donald Tramp arasında fevral ayında Hanoyda Şimali Koreyanın nüvəsizləşdiriməsi ilə bağlı keçirilən ikinci sammitdən sonra gərginliyin artdığı vaxta təsadüf edir.

Məktubda həmçinin Quterreş tərəfindən “təcili tədbirlərin” görülməsinə çağırılır və iddia olunur ki, Vaşinqton Şimali Koreyanın suverenliyini və BMT xartiyalarını pozub.

Nüvəsizləşdirmə danışıqları dayandırıldığı ərəfədə Şimali Koreya bu ay əlavə silah sınaqları keçirib. Bu sınaqlar Kimin Trampın onun Hanoy sammitində sanksiyaları yüngülləşdirmək çağırışlarını rədd etməsinə etiraz olaraq görülür.

Şimali Koreya bildirib ki, gəminin ələ keçirilməsi "zirvə görüşünün ruhunu" pozub və gəminin dərhal qaytarılmasını tələb edir.

ABŞ Ədliyyə Nazirliyi Şimali Koreyanın “Wise Honest” adlı yük gəmisinin Amerika Samoasında ələ keçirildiyini bildirib. Gəmi sanksiyaları pozaraq qanunsuz kömür daşımaqda ittiham olunur və ilk dəfə 2018-ci ilin aprelində İndoneziya tərəfindən saxlanılıb.

XS
SM
MD
LG