Accessibility links

Avstriyanın ultra-sağçı lideri istefa verdi


Hans-Kristian Straş
Hans-Kristian Straş

Avstriyanın vitse-kansleri və ultra-sağçı lideri Hans-Kristian Straş şənbə günü sağçı koalisiya hökümətin hakimiyətdən getməsinə səbəb ola biləcək “fəlakətli” video görüntüsü səbəbilə istefa verdiyini elan edib.

Naməlum mənbələrdən əldə olunan video görüntüdə Azadlıq Partiyasının lideri Straşın 2017-ci ildə qalib olduğu seçkidən qısa müddət sonra Rusiya oliqarxının qohumu olduğunu söyləyən bir qadınla görüşdüyü göstərilir.

Bu, alqokolun təsiri altında edilən tipik maço davranışdır. Bəli, mən cazibədar qadını cəlb etməyə çalışırdım və özümü lovğalanan yeniyetmə kimi aparırdım.

Avropa Parlament seçkilərindən bir həftə öncə Almaniya mediası tərəfindən cümə günü yayımlanan bu videoda Straşın siyasi və maddi dəstək müqabilində bir şirkətə müavilələr təklif etdiyi göstərilir.

“Bu, ağılsızlıq, məsuliyyətsizlik və səhv idi”, Straş mətbuat konfransında bildirib. Göz yaşı axıdan Ştraş həyat yoldaşı və başqalarının onu bağışlamasını istəyib. Lakin o, qanunsuz heç nə etmədiyini və bunun “hədəfli siyasi sui-qəsd” olduğunu deyib.

“Mənim sözlərim fəlakətli və çox utanc verici olub” – deyə, o, videoya istinad edərək söyləyib. Həmin videoda Straş həmçinin partiyanın maliyyə qaydalarından və onlardan yan keçməyin yollarından bəhs edir, lakin eyni zamanda qanuni şəkildə hərəkət etməkdə israr edir.

Avstriyanın kansleri Sebastian Kurzun şənbə günü bəyanat verəcəyi gözlənilir. Bu məsələnin təkcə Straşa təsir göstərib-gəstərməyəcəyi, Kurzun da onun mühafizəkarları ilə Azadlıq Partiyası arasında koaliyasının yaranması ilə nəticələnən seçkidən bir il yarım sonra erkən seçki keçirilməsinə göstəriş verib-verməyəcəyi bəlli deyil.

Kurz populyarlığını qorumaq üçün dəfələrlə özünü Azadlıq Partiyasından, xüsusilə də partiya rəsmilərinin cəlb olunduğu və ya anti-semitizm və irqçiliklə bağlı qalmaqallardan uzaqlaşdırmağa çalışıb.

Straş bu davranışını müdafiə etməyə çalışsa da, videoda cazibədar olduğunu söylədiyi qadını cəzb etməyə çalışdığına görə üzr istəyib.

“Bu, alqokolun təsiri altında edilən tipik maço davranışdır. Bəli, mən cazibədar qadını cəlb etməyə çalışırdım və özümü lovğalanan yeniyetmə kimi aparırdım”, o deyib.

Avstriya kansleri Sebastian Kurz
Avstriya kansleri Sebastian Kurz

Straş onu partiyadakı müavini, nəqliyyat naziri Norbet Hoferin əvəzləyəcəyini söyləyib. Hofer 2016-cı ildə az səs fərqi ilə prezident seçkisində məğlub olub və Straşdan daha populyardır.

“Mən heç bir halda, yanlış davranışımın hökümətin çökməsinə səbəb olmasını istəmirəm”, Straş deyib.

Sosial Demokratlar, liberal Neos partiyası və Yaşıllar daxil olmaqla müxalif partiyalar erkən seçkinin keçirilməsinə çağırıb. Üzərində solçu şüarlar yazılan plakatlar tutan yüzlərlə insan Kurzun ofisinin önündəki meydanda toplaşaraq, “erkən seçki” şüarları səsləndirib.

Kurzun koalisiya seçimləri məhduddur. Onun partiyası rəy sorğularında öndə getsə də, əksəriyyəti təşkil edə bilmir. Azadlıq Partiyasından başqa parlamentdə çoxluq təşkil edə biləcək digər partiya Sosial Demokratlardır. Kurzun isə onlarla çətin münasibətləri var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG